Onlayn ictimai-siyasi qəzet
14.08.2009 [08:53]
MÜSAVAT BAŞQANI İLƏ BAĞLI MÜZAKİRƏLƏR QIZIŞIR
“Gündəlik Azərbaycan” qəzetinin şef redaktoru, “Yeni Müsavat”ın köşə yazarı Şahvələd Çobanoğlu qəzetimizin ötən saylarından birində Müsavat Partiyasının növbəti qurultayı və yeni başqan məsələsi ilə bağlı yazı yazıb. Müəllif qeyd edir ki, 18 mart referendumundan sonra İsa Qəmbərin də sədrlikdə qalması üçün cəhdlər edib-etməyəcəyinə çox ciddi maraq var:“Yaxud əksinə, onun başqanlıqdan getməsi hakimiyyətlə bağlı heç nəyi dəyişməsə də, ona bir mənəvi şillə olardı”...
Ş.Çobanoğlu yazır ki, İ.Qəmbərin siyasi partiya rəhbərliyindən sıravi üzvlüyə düşməsi adi hadisə deyil: “Bəzi amilləri (məsələn, Müsavatın sonrakı taleyini) nəzərə alsaq, az qala siyasətdən getmək təhlükəsi kimi qiymətləndirilə bilər. Nəhayət, Müsavat kimi iri partiyanın taleyi sual altına düşür. Açıq deməkdə heç bir eyib yoxdur, partiyada nüfuzlu və təcrübəli funksionerlər var, amma İsa Qəmbəri əvəz edəcək lider yoxdur”...
Şahvələd bəy daha sonra yazıb: “...Üçüncü yol var. Yaxşı nümunəyə yaxşı nümunə əlavə edilsin. Proses elə getsin ki, Müsavat səhnədə ən azı əvvəlki kimi qalsın, hətta əvvəlkindən də güclü bir təşkilata çevrilməsi mümkün olsun. Yaxud ümumilikdə bu proses fəsadlarından çox yaxşı nəticələr törətsin. Bəs necə? İkinci yaxşı nümunə elə bu olardı. Bəlkə heç ağıla gəlməyən bir liderin kənardan da olsa partiyaya gətirilməsi mümkündür! Hətta xaricdən ola bilər. Yaxud partiyanın başqa partiya ilə birləşməsi və yaxud Xalq Cəbhəsi ideyasının (ya da bu kimi bir ideyanın) reallaşması. Bəlkə idarəçiliyin yeni formasının tapılması çıxış yolu ola bilər?!.”
Ş.Çobanoğlunun yazısında xaricdən lider gətirilməsi ilə bağlı fikrinə “Bakı-xəbər” qəzetində münasibət bildirən Müsavatın Mərkəzi İcra Aparatının Rəhbəri Arif Hacılı deyib ki, Azərbaycanın 10 ən nüfuzlu siyasətçisindən azı 8-i Müsavat Partiyasındadır: “Müsavatda olan siyasətçilərin Azərbaycan siyasətində, hətta İsa Qəmbərin kölgəsində belə mühüm rol oynamaları onların siyasi qabiliyyətini və siyasi proseslərə nə dərəcədə təsir imkanlarının olduğunu göstərir. Müsavat Partiyası kənardan siyasətçi idxalına ehtiyac duymur. Hətta Müsavat Partiyasında Azərbaycanın bir çox partiyalarının liderlərindən güclü siyasətçilər mövcuddur. Məncə, narahatlığa əsas yoxdur, Müsavat Partiyasının İsa Qəmbərdən sonra zəifləyəcəyi haqda rəylər əsassızdır. İsa Qəmbərin başqan olmaması o demək deyil ki, İsa bəy partiyanın üzvü olmayacaq, Müsavatın siyasətinin müəyyənləşməsində iştirak etməyəcək. Məncə, çox hörmət etdiyim Şahvələd bəyin bu fikirləri tamamilə avtoritar təfəkkür və şəxsiyyətə pərəstişdən irəli gəlir. Mən Şahvələd Çobanoğlunu və bu məsələdə narahatlıq keçirən bütün şəxsləri əmin edirəm ki, İsa Qəmbərin səlahiyyət müddəti bitdikdən və yeni başqan seçildikdən sonra Müsavat Partiyasının fəaliyyətində zəifləmə baş verməyəcək”.
A.Hacılı “düşünmürəm ki, nizamnamədə hansısa dəyişiklik baş verəcək. Hər halda, qurultayda partiyanın başqanı yeni adam olacaq” deyə qeyd edib: “Fikirlərinə hörmət bəslədiyim analitiklərdən olan Şahvələd Çobanoğlunun da belə düşünməsi təəssüf doğurur. O, təbii, narahatlığını ifadə edir və Müsavat Partiyasının gələcəyini düşündüyü üçün belə fikirlər səsləndirir. Mən bir məsələni xatırlatmaq istərdim ki, biz çox gənc yaşlarımızda, 15-20 il əvvəl bugünkü bütün siyasi qüvvələri özündə birləşdirən Xalq Cəbhəsi kimi nəhəng bir təşkilata rəhbərlik etmişik. Guya Müsavat Partiyasına rəhbərlik etməyə gücümüz çatmayacaq kimi fikirlərin səslənməsinin heç bir əsası yoxdur”.
Arif Hacılı bundan əlavə, APA-ya verdiyi açıqlamasında “düşünürəm ki, İsa Qəmbər Müsavat Partiyasından heç vaxt getməyəcək, söhbət onun başqanlıqdan getməsindədir. Bu da partiyanın nizamnaməsinin tələbidir” deyə qeyd edib:
“Müsavat başqanının başqa bir şəxsin olması heç də İsa Qəmbərin partiyanın siyasətinin müəyyən olunmasında, idarə olunmasında iştirakını istisna etmir. Ona görə də İsa Qəmbərin başqanlıqdan getməsi onun bütövlükdə partiyanın siyasətinin müəyyənləşməsindən getməsi anlamına gəlməməlidir”.
Ş.Çobanoğlunun yazısına verilən reaksiyalardan belə başa düşülür ki, siyasi dairələrdə onun yazısına münasibət birmənalı olmayıb. Bu reaksiyalara dair fikirlərini öyrəndiyimiz Ş.Çobanoğlu “mənim yazımı diqqətlə oxuyanlar başa düşərlər ki, burada hər hansı bir konkret təklif yoxdur, sadəcə, çıxış yollarına dair ümumi mülahizələr yer alır” deyə bildirdi: “İsa Qəmbərin partiya rəhbərliyindən getməsi ilə bağlı narahatlıqlar var ki, necə edək bu zaman Müsavat və Azərbaycanın demokartik ictimaiyyəti itki ilə üzləşməsin. Mənə görə, İsa Qəmbərin başqanlıqdan getməsindən narahat olmamaq onun partiyadakı yerini görməməkdir, bu isə, partiyanın taleyi üçün yanlış nəticə verə bilər. Bu yanaşmanı ağrılı qəbul etmək, fərqli fikirləşəni avtoritar təfəkkürlü saymaq özü yanlışdır. Mən təklif etmirəm ki, İsa Qəmbər qalsın, üstəlik, İsa bəyi yeri gələndə yazısında tənqid edən adam kimi necə onun şəxsiyyətinə pərəstiş edə bilərəm? Amma gərək reallıq hissini itirməyəsən onun da gücünü, rolunu biləsən. Doğru çıxış yolu tapasan. Əksinə, bacarsan, uduşlu çıxmalısan. Əslində, mənim yazım İsa bəyə də bir mesajdır ki, vaxt çatanda sadəcə çxıb getmək dağıdıcılıq ola bilər. Demokratiya həm də narahatçılıq, müzakirə, məsuliyyət deməkdir. Mən polemika açıb yersiz dartışmada maraqlı deyiləm. Heç bir şəxsi ambisiyam, konkret təklifim, müdafiə etdiyim namizəd yoxdur. Arif bəyin də, başqalarının da fikrinə hörmətlə yanaşıram. Amma öz fikirlərimdə də qalıram. Bu məsələ Azərbaycanın indiki reallığında partiya üçün ciddi sınaqdır. Elə partiya reallığı da bunu deyir. İstəyim odur ki, Müsavat bu sınaqdan yaxşı çıxsın, başqa heç nə”.
Nəzərə çatdıraq ki, növbəti qurultayda partiyanın yeni başqanı olacağına dair informasiyalardan dolayı, artıq bəzi şəxslərin adları da başqanlığa namizədlikdə, yaxud da onun varis planı ilə bu posta gətiriləcəyinə dair xəbərlər dolaşır. Hələ bir neçə həftə belə informasiya var idi ki, Müsavat başqanı postuna tanınmış iqtisadçı, Müsavatın İqtisadi-siyasət komissiyasının rəhbəri olmuş Qubad İbadoğlunun gətirilməsi planı var. Təəssüf ki, Qubad İbadoğlu bu məsələ ortaya çıxandan bəri xaricdən vətənə qayıtmadığı üçün onun mövqeyini öyrənmək mümkün olmadı.
Elşad MƏMMƏDLİ
397 dəfə baxılıb
Yeni MÜSAVAT © 2008 Рейтинг@Mail.ru
Freitag, 14. August 2009
Dienstag, 11. August 2009
GƏNCLƏR BƏLƏDİYYƏLƏRİ ƏLƏ KEÇİRMƏK İSTƏYİR
11.08.2009 [08:05]
Bəzi partiyaların namizədlərinin 50 faizi gənclər olacaq
Dekabr ayında keçiriləcək bələdiyyə seçkilərində namizəd kimi iştirak edəcək gənclərin sayı əvvəlki seçkilərdəkindən çox olacaq. Bunu siyasi partiyaların gənclər təşkilatlarının sədrlərinin açıqlamaları da göstərir. Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı “Azadlıq” radiosuna deyib ki, builki seçkilərdə partiyanın namizədlərinin 10-15%-i gənclərdən ibarət olacaq: “Çalışacağıq ki, maksimum aktiv iştirak edək. İstər keçsin, istər keçməsin, fərqi yoxdur. Artıq partiyada da bəlli bir qeyri-rəsmi razılıq var ki, gənclərə hardasa 10-15 faiz kvota verilsin. Hələ ki, Azərbaycan reallığı belədir ki, gənclərin böyük heyətlə iştirak edəcəyi və uğur əldə edə biləcəyi yeganə seçkilər bələdiyyə seçkiləridir”.AXCP Gənclər Komitəsinin rəhbəri Əbülfəz Qurbanlı da bələdiyyələrdə iştirakları ilə bağlı konkret qərarlar verdiklərini bildirib: “Partiya özü komitəyə təklif edib ki, müxtəlif bölgələrdən namizədliyimizi irəli sürək. Məsələn, mən Sumqayıt bələdiyyəsinə namizədliyimi vermək fikrindəyəm. Biz həm namizəd, həm də müşahidəçi kimi qatılacağıq seçkiyə”.
ADP Gənclər Təşkilatı sədri Cəmil Ərdəbilli partiyalarından seçkiyə qatılanların 50%-nin gənclər olacağını bildirdi: “Bu il bizim nümayəndələrimizin çoxu gənclərdən ibarət olacaq. Çalışacağıq ki, 50%-dən çoxu gənclər olsun. Gənclərin bələdiyyədə iştirakı vacibdir, onlar problemləri yeni üsullarla həll etmək qabiliyyətinə malikdirlər. Çünki indi bələdiyyələrdə təmsil olunanlar keçmişdə kənd sovetinin rəhbəri olub və s. Burda heç bir yenilik yoxdur. Ona görə də gənclər gəlməlidirlər, onlar öz təhsillərini ortaya qoymalıdırlar”.
YAP da gənc üzvlərinin bələdiyyə seçkisində iştirakında maraqlıdır. Bu haqda Partiyanın Gənclər Təşkilatının sədri Ramin Həsənov bir müddət əvvəl lOlaylar» qəzetinə müsahibəsində deyib: “Partiyanın İdarə Heyətinin iclasında bildirilib ki, aktiv gənclərdən bələdiyyə seçkilərində istifadə edək. Hər bir rayon təşkilatından 1 və ya 2 gəncin bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi kimi iştirak etməsini arzulayardıq”.
ETİBAR
48 dəfə baxılıb

Abonnieren
Kommentare (Atom)